cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Rivaldo: "Qalib Ronaldo, Messi isə ilk üçlükdə olmalı idi"

08.12.2018 13:05 Oxundu 1807

Məşhur braziliyalı futbolçu Rivaldo "Qızıl Top" mükafatı haqqında maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, qalib seçiminin düzgün olmadığını bildirən Rivaldo: "Modriç çox yaxşı mövsüm keçirdib. Çempionlar Liqasının qalibi oldu, dünya ikinci oldu ancaq bunlara baxmayaraq "Qızıl Top"u Ronaldo qazanmalı idi. Ronaldo ötən mövsüm çox qol vurdu. Finalda "Yuventus"a qarşı keçirdiyi oyun möhtəşəm idi. Dünya çempionatında İspaniya ilə oyunda 3 qol vuraraq necə bir futbolçu olduğunu bir daha sübut etdi. Düşünürəm ki, müküfatın ən layiqli namizədi Ronaldodur. Messini də yaddan çıxartmaq lazım deyil. Ancaq o, ilk üçlükdə olmalı idi" deyib