cümə axşamı, 02 may 2024

DÜNYA FUTBOLU

Messi özünə təyyarə aldı - FOTOLAR

09.12.2018 14:56 Oxundu 1844

“Barselona” klubunun hücumçusu Lionel Messi təyyarə alıb.
Cempion.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun aldığı təyyarə 2004-cü ilin modeli olan “Gulfstream V”dir. Hava gəmisinin qiyməti təqribən 15 milyon dollar təşkil edir. Təyyarə 16 oturacaq yeri ilə təchiz edilib. Oturacaqları 8 çarpayıya çevirmək imkanı var. Bundan başqa, laynerdə iki hamam otağı və iki mətbəx var. Təyyarənin quyruq hissəsində 10 nömrəsi əks olunub, trapın pilləkənlərində L.Messinin ailə üzvlərinin adları yazılıb. Futbolçunun təyyarədə ailəsi ilə birlikdə vətənə səyahət edəcəyi güman edilir.