cümə axşamı, 02 may 2024

DÜNYA FUTBOLU

Yurgen Klopp: "Onun kimi oyunçuya sahib olduğumuz üçün çox şanslıyıq"

10.12.2018 10:40 Oxundu 1975

İngiltərə Premyer Liqasının 15-ci turunda "Liverpul" səfərdə "Bornmut"a 0-4 hesabı ilə qalib gəlib. Oyunda sonra mətbuat konfransında "Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, daha çox Məhəməd Salah haqqında danışan Klopp: "Hər kəs Salaha bir mövsümlük oyunçu deyirdi. Sevinirəm ki, Salah hər matçda göstəridiyi mükəmməl oyunla ona inanmayanları utnadırır. Meydanda nə edirsiniz edin, qol vurmaq üçün mütləq komandada qol duyumlu biri olmalıdır. Salah belə bir futbolçudur. Onun kimi oyunçuya sahib olduğumuz üçün çox şanslıyıq" deyib. Qeyd edək ki, "Borunmut"la qarşılamada 3 qol vuran Məhəmməd Salah oyunun ən yaxşısı seçilib