çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Luka Modriç: " O,"Real Madrid" üçün çox vacib bir futbolçudur"

10.12.2018 12:55 Oxundu 1897

"Real Madrid"in ulduz futbolçusu Luka Modriç Fransa mətbuatına açıqlamalar verib. Cempion.az xəbər verir ki, Zidan, Mbappe və Benzema haqqında danışan Modriç: "Zidan "Qızıl Top"un qalibi olduğumdan sonra mənə təbrik mesajı göndərərək çox xoşbəxt olduğunu dedi. Onunla hər zaman yaxşı müsanibətimiz olub və indi də davam edir. Mənə çox köməyi olub.
Benzema çox yaxşı insandı və mükəmməl bir hücumçudur İnsanlar onun nə qədər yaxşı olduğunu bilmirlər. Benzema "Real Madrid" üçün çox vacib bir futbolçudur.
Mbappe haqqında nə deyə bilərəm, bilmirəm. Oyunu hər şeyi izah edir. Bu qədər gənc bir futbolçu üçün inanılmaz səviyyədə çıxış edir. Paralaq bir gəlcəyinin olacağı dəqiqdi"deyib