cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Soni Mustivar: "İtirilmiş xalları kompensasiya etməyə çalışacağıq"

10.12.2018 15:37 Oxundu 1861

"Neftçi"nin yarımmüdafiəçi Soni Mustivar klubun rəsmim saytına verdiyi müsahibədə "Sumqayıt”la oyunu şərh edib. Heç-heçəyə görə təəssüf hissi keçirən haitili futbolçu gələn il itirilmiş xalları sığortalamağa çalışacaqlarını bildirib:

"Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Fasilədən sonra isə biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları kompensasiya etməyə çalışacağıq”.