cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Neftçi" Ömər Buludovla müqavilənin müddətini artırdı

10.12.2018 15:48 Oxundu 1919

"Neftçi” PFK futbolçusu Ömər Buludovla gələn il mayın 31-də bitməli olan müqavilənin müddətini artırıb. 19 yaşlı müdafiəçi 2021-ci il mayın 31-dək "Neftçi"nin formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Ömər Buludov bu mövsüm 9 oyunda meydana çıxıb.