cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Eden Hazard: ""Real Madrid"in futbolçusu olmaq hər zaman marağımda olub"

11.12.2018 10:00 Oxundu 1853

"Çelsi"nin belçikalı ulduz futbolçusu Eden Hazard Fransa mətbuatına açıqlamlar verib. Cempion.az xəbər verir ki, karyerası barədə danışan Hazard: " "Qızıl Top"un qalibi olmaq yaxşı olardı. Ancaq hazırda buna ehtiyacım yoxdur. Məncə kuboklar qazanmaq şəxsi mükafatlardan daha yaxşıdır. Hələki gələcəyimlə bağlı qərara verməmişəm. Dəqiq bilirəm ki, bu mövsüm "Çelsi"də oynayacam. Sonra müqaviləmin bitməyinə 1 il qalacaq. "Real Madrid"in futbolçusu olmaq hər zaman marağımda olub. Bu gəlcəkdə gerçəkləşə biləcəkmi onu bilmrəm. Premyer Liqada mübarizə aparmaq çox çətindir. Son oyun gününə qədər heç nə məlum olmur. Yaxşı bir baş məşqçimiz və oyunçularımız var. Liqanı ilk dördlükdə başa vurub Çempionlar Liqasına getmək istəyirik" deyib.