şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"-"Arsenal" oyununun hakimləri məlum olub

11.12.2018 10:23 Oxundu 2129

Avroliqanın son turunda təmsilçimiz "Qarabağ"ın "Arsenal"la dekabrın 13-də səfərdə keçirəcəyi oyununun hakimləri məlum olub. Cempion.az xəbər verir ki, görüşü Danimarkandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Yens Qrabski Maae olacaq. Ona Lars Hummelqaard və Heyne Sorensen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Jorgen Burdchardt və Morten Kroq olacaq