cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Klublararası Dünya Kubokuna start veriləcək

11.12.2018 11:50 Oxundu 1830

Dekabrın 12-də 2018-ci il Klublararası Dünya Kubokuna start veriləcək. Cempion.az xəbər verir ki, 10 gün davam edən turnirdə 7 komanda iştrak edəcək. Turnirdə Afrika qitəsindən "Esperance de Tunis", Asiyadan "Al Ain" və "Kaşima Antlers", Avropadan "Real Madrid", Şimali və Mərkəzi Amerikadan "Quadalajara", Okeaniyadan "Vellinqton" və Cənubi Amerikadan "River Pleyt" çıxış edəcəklər. Qeyd edək ki, Klublararası Dünya Kubokunda hər qitənin çempion klubları iştirak edir.