şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

U-21 millimizin rəqibləri məlum oldu

11.12.2018 13:05 Oxundu 1883

Bu gün İsveçrənin Nyon şəhərində, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.