cümə, 26 aprel 2024

BİZİM FUTBOL

İntizam Komitəsinin növbəti cəzaları

12.12.2018 15:43 Oxundu 1837

AFFA-nın İntizam Komitəsi bu gün növbəti iclasını keçirib. İclasda aşağıdakı qərarlar qəbul edilib.

Topaz Premyer Liqasının XIV turu

- “Sabah” – “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

- “Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevticin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Oyunun 63-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Oyunun 68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

I divizionun XIII turu

- “Şüvəlan” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4, “Şüvəlan” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

- “Qarabağ-2” – “Sabah-2” matçının 44-cü dəqiqəsində “Sabah-2” klubunun 20 №-li futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur .

- “Ağsu” – “Kəpəz” matçının 83-cu dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

- MOİK – “Qaradağ Lökbatan” matçında komandaarın hər birinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

- “Neftçi-2” – “Zaqatala” matçının 66-cı dəqiqəsində “Neftçi-2” klubunun 75 №-li futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Region Liqası

- “Şirvanovka” (Qusar) – “Tufan” (Bakı) matçının 76-cı dəqiqəsində “Tufan” klubunun 77 №-li futbolçusu Elçin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

- “Şamaxı” – “Ağsu Siti” matçının 70-ci dəqiqəsində “Şamaxı” klubunun 8 №-li futbolçusu Fərid Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Səbail” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Rauf Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Gənclər Liqası

- “Neftçi” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Səbail” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Səbail” klubunun 6 №-li futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Oyunun 89-cu dəqiqəsində “Səbail” klubunun 7 №-li futbolçusu Xəyal Bədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Bakcell U-17 Liqası

- “Qəbələ” – “Neftçi” matçının 90+6-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Veysəl Rzayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

- “Mil-Muğan” – “Tufan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 20 №-li futbolçusu Əlif Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.

- “Sumqayıt” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun 5 №-li futbolçusu Nazim Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

U-16 Liqası

“Səbail” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Oyunun 77-ci dəqiqəsində “Səbail” klubunun 16 №-li futbolçusu Fərid Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Turan Tovuz” – “Gəncə” TİM matçının 67-ci dəqiqəsində “Gəncə” TİM klubunun 11 №-li futbolçusu Rəşid Zeynalov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.

Kapital Bank U-14 Liqası

- UGİM 1 (Sumqayıt) – UGİM (Şabran) matçının 52-ci dəqiqəsində UGİM 1 klubunun 5 №-li futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Qarabağ” – “Sabah” matçının 57-ci dəqiqəsində “Sabah” klubunun 14 №-li futbolçusu Həmzəali Mikayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Binə” – “Neftçi” matçının 58-ci dəqiqəsində “Neftçi” klubunun 12 №-li futbolçusu Səid Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Oyunun 60-cı dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Rüfət Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Əlincə” – EFA matçının 17-ci dəqiqəsində EFA klubunun 6 №-li futbolçusu Nicat Cabbarlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Turan Tovuz” – “Azəri TİM” matçında “Azəri TİM” klubunun məşqiçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).

Coca-Cola U-13 Liqası

- “Qəbələ” – “Neftçi” İK İB matçının 18-ci dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Həbib Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Oyunun 35-ci dəqiqəsində “Neftçi” İK İB klubunun məşqiçisi Şahin Şahhüseynli texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır .

U-12 Liqası

- UGİM-1 (Sumqayıt) –UGİM-2 matçında UGİM-2 klubunun məşqiçisi Kənan Kərimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Şirvan” – “Mürtülü” matçında “Mürtülü” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

U-10 Liqası

- UGİM 2 (Sumqayıt) – “Məhəllə uşaqları” matçında UGİM 2 klubunun məşqiçisi Nicat Tağıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

U-16 Qızlar Liqası

- “Keşlə” (Bakı) – “Fidan” (Bakı) matçında “Fidan” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

Futzal üzrə Yüksək Liqa

- “Yasamal” FK – “Yasamal” İSK matçının 11-ci dəqiqəsində “Yasamal” İSK klubunun 23 №-li futzalçısı Ceyhun Nağıyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.

Oyunun 15-ci dəqiqəsində “Yasamal” İSK klubunun 11 №-li futzalçısı Amil Əlimirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Yasamal” FK – “Xəzər Cənub” matçının 30-cu dəqiqəsində “Yasamal” FK klubunun 8 №-li futzalçısı Seaid Əmirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Oyunun 35-ci dəqiqəsində “Yasamal” FK klubunun 11 №-li futzalçısı Mortuza Cahandozun qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Futzal üzrə Birinci Liqa

- AZMİU – “Green Log” matçının 8-ci dəqiqəsində “Green Log” klubunun 13 №-li futbolçusu Tural Murquzov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

- “Baku Fire” – “Şərq” matçında “Şərq” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

- “Standard” FK – “Baku Fans” matçının 25-ci dəqiqəsində “Standard” klubunun 99 №-li futzalçısı Anar Həsənovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Futzal üzrə İkinci Liqa

- “Bədr FK Xocalı” – “Avanqart” matçında “Bədr FK Xocalı” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.