cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Canluici Buffon: "Napoli" və "İnter" bizi utandırdı "

12.12.2018 16:17 Oxundu 2050

PSJ-nin qapıçısı Canluici Buffon "Napoli" və "İnter"in Çempionlar Liqasının pley-of mərhələsinə çıxa bilməmələrini şərh edib.

- Hər iki komanda üçün çox üzüldüm. "Napoli" yaxşı oynadı və qrupumuzda lider oldu. Lakin son turda büdrəyərək şanslarını itirdi. "İnter"ə isə yalnız PSV məğlub etmək lazım idi. Təəssüf ki, istədiyimiz olmadı. Bu italyan futbolunda geriyə addımdırmı? Xeyr, geriləmə deyil, lakin utancverici və məysedici bir haldır. Bunu mən bir vətənpərvər olaraq deyirəm ", - Buffon "Sky Sport Italia"ya müsahibəsində bildirib.