cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Barselona" "Bavariya"ya çatdı

12.12.2018 16:36 Oxundu 2042

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Tottenhem"lə heç-heçə (1:1) oynayan "Barselona" bu turnirdə ev oyunlarında məğlubiyyətsizlik seriyasını 29-a çatıraraq "Bavariya"yanın rekordunu təkrarladı. Əgər Kataloniya klubu növbəti ev oyunda məğlubolmasa yeni rekorda imza atmış olacaq.

Sonuncu dəfə "Barselona" "Kamp Nou"da 2012/2013 mövsümündə məğlub olub. Maraqlıdır ki, həmin mövsümdə kataloniyalılar yarımfinal mərhələsində məhz "Bavariya"ya məğlub olublar. Həmin oyunda almanlar iki oyunun nəticəsinə görə 7:0 hesabı ilə qalib gəlmişdilər.