cümə, 29 mart 2024

BİZİM FUTBOL

Kintana turun oyunçusu oldu

12.12.2018 17:23 Oxundu 2061

“İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda olan ispan futbolçu het-triklə yadda qalıb. Araşdırmalara əsasən Dani Kintana turun ən yaxşı indeksə malik futbolçusudur.