çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Kalidu Kulibali: "Avropa Liqasının qalibi olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik"

12.12.2018 17:37 Oxundu 2459

"Napoli"nin seneqallı mərkəz müdafiəçisi Kalidu Kulibali Çempionlar Liqasında "Liverpul"a məğlub olduqları oyundan sonra açıqlamalar verib Cempion.az xəbər verir ki, diqqətlərini Avroliqaya verəcəklərini bildirən Kulibali: "Çox vacib bir oyun idi. Qalibiyyət üçün İngiltərəyə gəlmişdik ancaq alınmadı. Qapımızda gördüyümüz qoldan sonra az müddətdə özümüzə gələ bilmədik. Ancaq buna baxmayaraq son dəqiqələrdə istəyimizə çata bilərdik, alınmadı. İndi Avroliqdayıq və bu haqda dşünmək lazımdı. Avropa Liqasının qalibi olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Komanda olaraq özümüzə inansaq bunu bacara bilərik" deyib.