çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Maurisio Poçettino: "Bu qrupun ən yaxşı komandaları "Barselona" və "Tottenhem" idi "

12.12.2018 17:55 Oxundu 1950

"Tottenhem"inbaş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasında "Barselona" ilə oyundan sonra maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, qrupdan çıxdığıqları üçün sevincli olduqlarını bildirən Poçettino: "Qrupdan çıxdığımız üçün xoşbəxtəm. Bizim üçün çətin oyun idi. "İnter"-"PSV" oyunun nəticəsini matçın sonuna qədər bilmirdik. "Barselona" ilə birlikdə qrupdan çıxmağı bacardıq. Bu qrupun ən yaxşı komandaları "Barselona" və "Tottenhem" idi. Çox böyük bir nailiyyət əldə etdiyimizə görə sevincliyəm" deyib.