şənbə, 11 may 2024

DÜNYA FUTBOLU

UEFA klub turnirlərində islahatlar edəcək

12.12.2018 18:30 Oxundu 1923

UEFA prezidenti Aleksandr Çeferin və Avropa Klublar Birliyinin rəhbəri Andrea Annelli Çempionlar Liqası matçlarının həftə sonları keçirilməsi barədə fikir mübadiləsi ediblər. Bu, oyunların teleauditoriyasını genişləndirmək məqsədi ilə edilə bilər, çünki bəzi ölkələrdə vaxt fərqləri həftə içində matçları izləməyi çətinləşdidir, bu da UEFA-nın tamaşaçılarını itirməsi ilə nəticələnir. Həm də islahatlar klubların milli çempionatlarda artıq həftəboyu oynamasını və milli çempionatların yüksək liqalararında klubların sayının azaldılmasını nəzərdə tutur. İslahatın başqa bir tərəfi də Çempionlar Liqasının qrup mərhələsinin formatı ilə əlaqədardır. Belə ki, UEFA dörd komandalı səkkiz qrupun əvəzinə səkkiz komandalı dörd qrup formalaşdırmağı planlaşdırır.