cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Muslera: "Futbola hücümçu kimi başladım"

13.12.2018 11:02 Oxundu 1707

"Qalatasaray"ın uruqvaylı ulduz qapıçısı Fernando Muslera Türkiyə mətbuatına reportaj verib. Cempion.az xəbər verir ki, futbola hücumçu kimi başladığını deyən Muslera: "Bütün oyunlarda sakit və həyəcansız olmaq lazımdır. Özünə və məqsədinə inanmalısan. Futbola hücümçu kimi başladım. Ancaq məşqlərin birində qapıçımız zədələndi və ən hündür boylu mən olduğum üçün məcburi olaraq qapıya keçdim. İlk vaxtlarda qapıçılığı xoşlamırdım ancaq sonradan həyatımın ayrılmaz hissəsi oldu. Biz digər oyunçulardan fərqliyik. Məşqimiz də onlardan ayrı olduğu üçün bəzən oyunlar zamanı elə epizodlar olur ki, tək qərar verməli oluruq. Qapıçılar üçün ən önəmli olan qapıçı məşqçiləridir. Onlar yaxşı olanda bizdə yaxşı oluruq" deyib