cümə, 29 mart 2024

BİZİM FUTBOL

UEFA “Zirə” və “Qəbələ”yə pul ayırıb

13.12.2018 12:50 Oxundu 1677

UEFA “Zirə” və “Qəbələ”yə ümumilikdə 51150 avro pul ayırıb. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, ayrılmış müvafiq vəsaitin AFFA-nın vasitəçiliyi ilə 25010 avrosu "Zirə"nin, 26140 avrosu isə "Qəbələ"nin hesabına köçürülüb.