çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Neftçi" "Slovan" və "Qaz Metan"la qarşılaşacaq

13.12.2018 15:29 Oxundu 1684

"Neftçi" qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, "Neftçi" yanvarın 18-də "Qaz Metan" (Mediaş, Rumıniya), 23-də isə "Slovan" (Liberes, Çexiya) klubları ilə qarşılaşacaq. Qeyd edək ki, "Flaqman" yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq