cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Levandovski Messi və Ronaldodan öndə

13.12.2018 16:37 Oxundu 1760

Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Qrup mərhələsində ən çox qol vurmuş futbolçu müəyyənləşib. Cempion.az xəbər verir ki, qrup mərhələsində ən çox qol vuran oyunçu "Bayer Münhen" klubunun hücumçusu Robert Levandovski olub. O, rəqib qapıçıları 8 dəfə məyus edə bilib. "Barcelona"dan Lionel Messi 6, "Roma"dan Edin Dzeko, "Ayaks"dan Dusan Tadic, "Hoffenhaym"dan Andrey Kramariç, PSJ-dən Neymar, "Porto"dan Musa Mareqa və "Yuventus"dan Paulo Dibala qrup oyunlarında 5 qolun müəllifi olublar. Çempionlar Liqasında bir çox rekorda sahib Kriştiano Ronaldo isə qrup oyunlardı cəmi 1 qol vura bilib.