cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanov erməni təxribatı haqqında: "Qorxaqlar bir addım atıb, sonra isə qaçırlar"

14.12.2018 09:50 Oxundu 2097

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" səfərdə "Arsenal"a 0-1 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib. Cempion.az klubun sayıtına istinadən xəbər verir ki, oyunçulardan razılığını bildirən Qurbanov: "Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gün də onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".
Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala isə Qurban Qurbanov belə cavab verib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, qorxaqlar bir addım atır, sonra isə qaçırlar".