cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: "Bu aşkar təxribat idi və biz bunu aradan qaldırmalı idik"

14.12.2018 13:53 Oxundu 1866

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən gecə Avropa Liqasının qrup mərhələsinin son turunda “Arsenal”la matçın əlavə olunmuş dəqiqəsində Qarabağdakı separatçı rejimin "bayrağı" ilə meydançaya çıxan erməniyə hücum çəkib. Təxribatın qarşısını almaq istədiyini bildirən Rəşad: "Birdən “Arsenal”ın qapısı tərəfdən "bayraq"lı təxribatçının bizim tərəfə qaçdığını gördüm. Məsafə 80-90 metr idi. Dərhal ona tərəf qaçdım ki, həmin əski parçasını əlindən alım. Ancaq qarşımı stüardlar kəsdi, hansıların ki, həmkarları onu artıq saxlayıb meydandan kənarlaşdırırdılar. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu aşkar təxribat idi və biz bunu aradan qaldırmalı idik" deyib (sport24.az)