çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Kellini: "Müdafiəçi olaraq onunla mübarizədə çox çətinlik çəkirəm"

14.12.2018 14:43 Oxundu 2079

"Yuventus"un təcrübəli müdafiəçisi Corcio Kellini İtaliya mətbuatına maraqlı reportaj verib. Cempion.az xəbər verir ki, İtaliya futbolundan danışan Kellini ilk olaraq: "Ronaldodan sonra Seriya A-nın ən yaxşı hücumçusu İcardidir. Müdafiəçi olaraq onunla mübarizədə çox çətinlik çəkirəm. "İnter"lə oyunda olduqca istəkli idi" deyib. Daha sonra Kellini: "Futbolun inkişafı çox yaxşı bir hadisədir. Ancaq bizə uğurlar qazandıran İtaliyanın müdafiə oyununu qoruyub saxalaya bilmirik. Mən, Nesta, Baresi, Maldini, Centile, Skirea, Kannavaro kimi müdafiəçilər artıq yoxdur. İtaliya futbol mədəniyyətinin tarixi bu adlarla yazılıb. Ancaq inanıram ki, yeni nəsillə İtaliya futbolu gələcəkdə uğurlar əldə edəcək" ifadələri ilə fikirlərini yekunlaşdırıb.