çərşənbə, 08 may 2024

BİZİM FUTBOL

İlin ən yaxşı məşqçisi Qurban Qurbanov oldu

14.12.2018 15:30 Oxundu 1893

Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
Cempion.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən 5-i Vüqar Məmmədə, 3-ü Yuri Maksimova, 3-ü Roberto Bordinə, 3-ü isə Tərlan Əhmədova səs verib.