şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Salah 2-ci dəfə ən yaxşı oldu

15.12.2018 13:41 Oxundu 1888

2018-ci ilin ən yaxşı afrikalı futbolçusunun adına aydınlıq gəlib. Cempion.az xəbər verir ki, "Liverpul"un misirli futbolçusu Məhəmməd Salah bütün rəqiblərini qabaqlayaraq birinci olub. Onun mükafat uğrunda rəqibləri "Yuventus"dan Mehdi Benatia, "Napoli"dən Kalidu Kulibalini, "Atletiko"dan Tomas Parti və "Liverpul"dan komanda yoldaşı Sadio Mane olub. Qeyd edək ki, Salah ardıcıl 2-ci dəfədir bu mükafatı qazanır.