cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Robben keçmiş komandasına qayıda bilər

15.12.2018 17:05 Oxundu 2022

"Bayer Münhen"in hollandiyalı ulduz futbolçusu Aryen Robben mövsümün sonunda alaman təmsilçisindən ayrılacaq. Cempion.az xəbər verir ki, artıq təcrübəli futbolçuya transfer təklifi olunub. Robbeni PSV komandası heyətində görmək istəyir. Bu barədə PSV-nin baş məşqçisi Van Bommel verdiyi açıqlamada bildirib. Van Bommel deyib: "Robben ilə həm milli komandada , həm də PSV-də birlikdə oynamışıq. Tez-tez danışırıq. Son danışığımızda ona "PSV-yə gələ bilərsənmi?" dedim. Düşünüb cavab verməyini gözləyirəm. Robben çox dəyərli bir futboçudur." deyib.