cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Joze Mouriniyo: "Yurgen Kloppun hədəfi Premyer Liqanın qalibi olmaqdır"

15.12.2018 17:50 Oxundu 1781

Bazar günü İngiltərə Premyer Liqasında oynanılacaq "Liverpul"-"Mançester Yunayted" görüşündən əvvəl Joze Mouriniyo açıqlamalar verib. Cempion.az xəbər verir ki, oyunun çətin olacağını bildirən Mouriniyo: "Turnir cədvəlinin lideri ilə oynayacağıq. "Liverpul" hal hazırda formada olan bir komandadır. Ancaq biz də meydana qələbə üçün çıxacağıq. Bütün komandalar və baş məşqçilərin məqsədləri kuboklar qazanmaqdır. Bilirəm ki, Yurgen Kloppun hədəfi də Premyer Liqanın qalibi olmaqdır" deyib.