cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Futbolçunun atası oyun zamanı öldü

16.12.2018 13:15 Oxundu 1602

Almaniyanın “Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası tribunada dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu haqqda “Gazeta.ru”yazır. Mixael Gentnerdünən axşam “Herta” ilə matçın (2:1) gedişində anidən yıxılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq futbolçuya başsağlığı verib.