cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Superliqa klubu baş məşqçisini qovdu

16.12.2018 16:29 Oxundu 2076

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

16-cı turda keçirilən “Sivassspor” - “Ankaragücü” matçından sonra klub rəhbərliyini tənqid edən Kartal, istefaya göndərilib.


İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda klub rəhbərliyini günahlandırmışdı. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib.

Qeyd edək ki, “Ankaragücü” Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.(qol.az)