şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Joze Mouriniyo: "Bu heyət və oyunla çempion ola bilmərik"

17.12.2018 15:51 Oxundu 2147

"Mançester Yunayted"in baş məşqçisi Joze Mouriniyo "Lverpul" ilə keçirilən qarşılaşmadan sonra mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, hazırda komandanı daha yaxşı səviyyəyə gətirməyə çalışdığını deyən Mouriniyo: "Oyunda güclü olan komanda qalib gəldi. İlk 20 dəqiqədə iki klub arasında çox fərq var idi. "Liverpul" möhtəşəm oynadı. "Mançester Yunayted"i daha yaxşı vəziyyətə gətirəcəm. Ancaq bu il çempionluqdan danışa bilmərəm. Bu heyət və oyunla çempion ola bilmərik. Bu ilki hədəfimiz çətin də olsa ilk dörtlüyə düşməkdir" deyib.