şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Qurbanov mükafatını aldı

17.12.2018 17:35 Oxundu 2054

Bu gün "Fairmont otel"in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçirilən tədbirdə Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "İlin məşqçisi" seçilən Qurban Qurbanova adı çəkilən mükafat təqdim olunub. Qalibə mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Tədbirdən sonra Qurbanov jurnalistlərə brifinq verib.

Xatırladaq ki, Qurban Qurbanov 2018-ci ildə “Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində başlıca rol oynayıb.