cümə axşamı, 18 aprel 2024

GÜLƏŞ

Hakimlər və məşqçilər üçün seminar keçirilib

17.12.2018 18:24 Oxundu 1988

Dekabrın 18-20-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək.

Bununla əlaqədar bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin iştirakı ilə əvvəlcə hakimlər, daha sonra isə məşqçilər üçün seminar keçirilib. Tədbirdə AGF-nin baş katibi Orxan Məmmədov, yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, I-S dərəcəli hakimimiz Hicran Şərifov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yunan-Roma güləşi üzrə kuratoru Tofiq Eyvazov və yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Şaban Donat iştirak edib.

Seminarda hakimlərdən çəkiölçmə mərasimində maksimum diqqətli, yarış zamanı isə ədalətli olmaq tələb olunub. Hakim və məşqçilərin davranış qaydalarıyla bağlı təlimatlar verilib, nizam-intizama riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, məşqçilərə dopinq məsələsinə ciddi yanaşmaları bildirilib.