cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Rosiskiyə vəzifə verilib

18.12.2018 10:08 Oxundu 2193

Təcrübəli çexiyalı futbolçu Tomas Rosiskinin yeni iş yeri məlum olub. Cempion.az xəbər verir ki, Rosiski 2017-ci ildə karyerasını başa vurduğu "Sparta Praqa"nın idman direktoru təyin edilib. Qeyd edək ki, o karyerası ərzində "Borusia Dortmund" və "Arsenal" kimi klubların şərəfini qoruyub.