cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Gənc məşqçilərə diplom və sertifikatlar təqdim olunub

18.12.2018 11:00 Oxundu 2003

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib. Rəşad Sadıqov, Samir Abasov, Mahmud Qurbanov, Elçin Rəhmanov, Zaur Həşimov, Elşad Əhmədov, Ramin Quliyev və Siyasət Əsgərov Pro sertifikatını alıb.