şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Kubok oyunları AFFA-ya 5800 manat qazandırdı

18.12.2018 13:57 Oxundu 2224

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib. İclasda ötən həftə ərzində AFFA bayrağı altında keçirilən oyunlarda baş vermiş intizamsızlıqlar barədə qərarlar qəbul olunub. Azərbaycan Kuboku uğrunda keçirilən 4 oyundan yalnız biri - "Qəbələ" - "Sabah" oyunu cərimələrdən kənarda qalıb. Digər 3 oyundakı intizamsızlıqlar AFFA-nın kassasına 5800 manat fayda verib.

Azərbaycan kubokunun ¼ final mərhələsi

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tone Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

“Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun I hissəsi başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqiçisi Elnur Çodarov və “Neftçi” klubunun inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozduğlarına görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 1 oyun cəzalanır, hər iki klub 800 manat cərimə olunur.

“Qarabağ” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunur.