cümə axşamı, 02 may 2024

ŞAHMAT

Vüqar Həşimov Kanadada anılıb

18.05.2016 11:02 Oxundu 4068

Turnirin açılış mərasimində çıxış edən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Famil Qarayev məşhur şahmatçımız Vüqar Həşimovun həyatından, eləcə də turnirin əhəmiyyətindən danışıb.

Turnir iki kateqoriya üzrə keçirilib. Peşəkar şahmatçılar üçün nəzərdə tutulmuş birinci kateqoriyada 20 nəfər mübarizə aparıb. Yarışmada Yan Findley (Ian Findlay) adlı şəxs qalib gəlib. Həvəskar şahmatçılar üçün nəzərdə tutulmuş kateqoriyada isə 20 iştirakçı arasında 13 yaşlı məktəbli Rafael Libr (Raphael Libre) birincilik qazanıb. Turnir Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti, Alberta Şahmat Assosiasiyası və Kalqari Şahmat Klubunun dəstəyi ilə keçirilib.

Qeyd edək ki, may ayının 25-dən iyunun 4-dək Şəmkirdəki Heydər Əliyev Mərkəzində “Synergy Group” ASC-nin dəstəyi ilə Azərbaycan şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturniri də keçiriləcək.