cümə, 29 mart 2024

MÜSAHİBƏ

AFFA azarkeşlərə görə komandaları cəzalandırdı

18.05.2016 11:05 Oxundu 6476

XXXIV turun AZAL - “Zirə” oyununda meydan sahibləri 4, XXXV turun “Rəvan” - “Qarabağ” matçında bakılılar 4, “Zirə” - “Kəpəz” görüşündə paytaxt təmsilçisi 6 sarı vərəqə aldığı üçün 1000 manat cərimə olunub.

Qırmızı vərəqə alan futbolçuların cəzası da eyni olub. XXXIV turun “Kəpəz”i “Neftçi” ilə qarşılaşmada azlıqda qoyan Tərlan Quliyev 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırıdıdığı üçün 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib. Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur

XXXV turun “Rəvan”la matçda sonuncu ümid foluna görə “Qarabağ”ı azlıqda qoyan Eltun Yaqublu da son turu buraxıb, komandasını 200 manat ziyana salıb. XXXV turunun “Neftçi” - “İnter” matçının 73-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur

Xatırladaq ki, əvəzedici heyətlərin XXXV turunun “Xəzər Lənkəran” - “Sumqayıt” matçının 34-cü dəqiqəsində qonaqların futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə 4 oyunluq cəzalanan futbolçu klubunu 2000 manat ziyana salıb.