şənbə, 20 aprel 2024

SARI KART

Günün bayatıları

12.08.2016 13:23 Oxundu 5513

Topaz Premyer Liqasının II turundan "görüntülər":

"Sumqayıt" - "Qarabağ" 0:2

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov:

Demirəm qınaq kimi,

Ya da bunu lağ kimi:

"Qarabağ" aparmadı

Özünü qonaq kimi.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov:

Əda yox xislətimdə,

Sözümdə, söhbətimdə.

"Sumqayıt"dan xal almaq

Var imiş qismətimdə.

"Qəbələ" - "İnter" 0:0

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk:

Sormayın ki, bu nə hal,

Niyə pozulub əhval

Çünki məni yandırdı

İtirdiyim iki xal.

“İnter”in baş məşqçisi Zaur Svanadze:

Düşünüb incə-incə

Söyləyirəm beləcə:

Oyuna görə yaxşıdır

Vallah, belə nəticə.