cümə axşamı, 25 aprel 2024

BOKS

"Bir az inamımı itirdim"

19.08.2016 10:53 Oxundu 6707

"Birinci raundun sonuna qədər qələbə qazanacağıma inanırdım, ikinci raundun əvvəlində məşqçilər "uduzursan" dedikdən sonra bir az inamımı itirdim".

Bunu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) açıqlamasında deyib.

"Həqiqətən də rəqib hazırda mənim çıxış etdiyim çəkidə ən güclü idmançı sayılır. Döyüş mənim üçün bir az alınmadı, rəqibə yaxınlaşa bilmirdim", - deyə o qeyd edib.

Əvvəldən rəqibi öyrəndiyini bildirən Kamran ilk olaraq müdafiəyə üstünlük verdiyini bildirib:

"Əvvəlcə zərbə buraxmamaq üçün müdafiəyə üstünlük verdim. Birinci raundun sonuna qədər qələbə qazanacağıma inanırdım, ikinci raundun əvvəlində məşqçilər "uduzursan" dedikdən sonra bir az inamımı itirdim. Mübarizəni davam etdirən Sotomayora uğurlar arzu edirəm, mən üçüncü yerə çıxdımsa, o birinci yeri tutmalıdır. Onun finala çıxmasını çox istəyirəm. Mən öz nəticəmdən razıyam".