cümə, 26 aprel 2024

BOKS

Sotomayor həlledici matça çıxacaq

21.08.2016 12:16 Oxundu 6243

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulacaq. Turnirin son günündə 4 çəki dərəcəsində final görüşləri keçiriləcək. Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor da 64 kq çəkidə həlledici matça çıxacaq. Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşən təmsilçimiz yekunda inamlı qələbəyə (3:0) sevinib və finala yüksəlib.

Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmamışdı.

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Dünya və Asiya çempionatının gümüş mükafatçısı ilə “qızıl” uğrunda döyüş saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.

Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.