cümə, 19 aprel 2024

GÜLƏŞ

Toğrul Əsgərov da qalib gəldi, Xetaq Qazyumov da

21.08.2016 15:09 Oxundu 2817

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının iki üzvü Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) yarışa qoşulub. London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Pəhləvanımız bu rəqibini 12:2 hesabı ilə məğlub edib.

Pəhləvanımız 1/4 finalda ABŞ güləşçisi Frank Molinaro ilə üz-üzə gəlib. Bu rəqibini də təmiz qələbə ilə (10:0) məğlub edən güləşçimiz yarımfinala çıxıb. Finala gedən yolda Toğrul italiyalı Frank Markez Xamizonu mübarizədən kənarlaşdırmalıdır

Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edib. İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan Xetaq Qazyumov Polşa güləşçisi Radoslav Baran olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/8 finala yüksəlib.

Bu mərhələdə onun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub. Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.

Pəhləvanımızın növbəti rəqibi özbəkistanlı Maqomed İbraqimov olacaq.

Qeyd edək ki, Rioda çıxışını başa vurmuş millimizin digər üzvlərindən Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.