cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

“Formula-1” başlayır

15.06.2016 14:41 Oxundu 785

Belə ki, iyunun 17-19-da “Küləklər şəhəri” sürət, adrenalin və həyəcan yarışı olan “Formula-1” üzrə dünya çempionatının 8-ci mərhələsinə - Avropa Qran-prisinə ev sahibliyi edəcək. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 187 ölkədə canlı yayımlanacaq.

Bakı Şəhər Halqasından verilən məlumata görə, bu yarış çərçivəsində tamaşaçılara bənzərsiz əyləncə proqramı nümayiş etdiriləcək. Belə ki, iyunun 16-a “Ferrari”, “Mercedes”, “Red Bull” və “Toro Rosso” kimi “Formula-1” komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçiriləcək. Dünya musiqisinin ən məşhur ulduzlarından üçü - Kris Braun, Enrike İqlesias və Farel Vilyams həftəsonu təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq. İyunun 19-da yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə Qran-priyə yekun vuracaq.

Həftəsonunda hər bir qonaq yalnız “Formula-1” ilə deyil, yerli mədəniyyət ilə də tanış olmaq imkanı əldə edəcək. Qran-prinin hər bir qonağı yarış simulyatorlarında gücünü sınayaraq, özünü əsl “Formula-1” pilotu kimi hiss edə biləcək. Bir sözlə, Bakıda keçiriləcək yarış bir daha sübut edəcək ki, “Formula-1” sadəcə yarış deyil, eyni zamanda, bir həyat tərzi, bütün ailə üçün parlaq və unudulmaz istirahət deməkdir.

“5 il biz bu yarışı keçirməliyik”

“Formula 1” tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, 5 il biz bu yarışı keçirməliyik. Əgər hansısa bir ildən sonra bu yarışı keçirməkdən imtina etsək, 100 milyon dollaradək cərimələnə bilərik”. Bu sözləri ans-ə gənclər və idman naziri Azad Rəhimov deyib. Artıq yarışlara baxmaq üçün 2 milyondan çox biletin satıldığını söyləyən nazir biletlərin 70%-nin yerli əhali, 30%-nin isə xarici vətəndaşlar tərəfindən alındığını bildirib.

Çəkilən xərclərə toxunan Azad Rəhimov yarışlara sərf edilən üzvlük haqqının kommersiya sirri olduğunu, yalnız “Formula 1” rəhbərliyinin bu rəqəmləri açıqlayacağı təqdirdə söyləmək iqtidarında olduğunu qeyd edib. Onun sözlərinə görə, bu günə qədər asfalt örtüyünü dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf edib. “Formula 1”in əməliyyat şirkətinin büdcəsinin isə 100 milyon manatı aşmayacaq.

Azad Rəhimov ölkəmizdə insanların “Formula 1” yarışlarına münasibətindən danışarkən bildirib ki, bu, spesifik idman növüdür: “Onun xüsusi azarkeşləri var. Bu yarışları izləmək üçün bütün dünyanı gəzirlər. Azərbaycanda isə əksinə çox az adam tapılar ki, bu idman növü ilə dərindən tanış olmuş olsun. Bu mədəniyyət ölkəmizdə sıfırdan yaranmalıdır. Bu idman növü opera-balet kimi bir şeydir - ya sevirsən, ya da sevmirsən”.