cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Azərbaycan yarışa 23 snayperlə qatılır

15.06.2016 14:43 Oxundu 1083

Bakı Atıcılıq Mərkəzində baş tutacaq yarışa Azərbaycan millisi 23 snayperlə qatılacaq. Belə ki, güllə atıcılığı üzrə yığmamızın baş məşqçisi İradə Aşumova əsasən gənclərə şans verəcək. O, Rio-2016-da ölkəmizi təmsil edəcək Ruslan Lunyov, həmçinin Rəsul Məmmədov, Nigar Nəsirova, Xəyalə Hüseynli, Nəzrin Abbaslı, Rəşidə Abdullayeva, Ürfan Axundov, Elvin Astanov, Zakir Beydullayev, Ülviyyə Eyvazova, Zərifə Qasımova, Leyla Mirzəzadə və Rəhim Rəhimovu sınaqdan çıxaracaq.

Stend atıcılığı üzrə millimizin baş məşqçisi Hafiz Cəfərov isə əsasən təcrübəlilərə güvənəcək. Komandamızın heyətində Niyaz Əlizadə, Sevda Mustafayeva, Regina Meftahətdinova, Aydan Camalova, Nurlana Cəfərova, Emin Cəfərov, Elvin İsmayılov, Əli Hüseynli, Fuad Qurbanov və Əlimirzə Quliyev hədəf önünə keçəcək.