cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Xosep Qvardiola: "...ancaq Xarta münasibətdə haqlıyam"

25.08.2016 12:37 Oxundu 1381

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola yeni klubundakı bəzi vəziyyətlə bağlı məsələyə aydınlıq gətirib. O, "The Guardian" nəşrinə verdiyi müsahibəsində Çempionlar liqası çərçivəsində Co Xartı əsas heyətdə meydana buraxmasının təsadüfi olmadığını vurğulayıb. Qvardiola: "Komandamın uğur qazanmasına və ya məğlubiyyətinə görə mən cavabdehlik daşıyıram. Ona görə də əsas heyətdə kimlərin oynyacağını da mən müəyyən edirəm. Əlbəttə, əsas heyəti müəyyənləşdirərkən seçimimdə çox səhvlər edirəm: ancaq Xarta münasibətdə haqlıyam. Amma həmişə oyunçularıma münasibətdə ədalətli olmağa, heç kimin haqqını tapdalamamağa çalışıram. Mən ilk oyunlarda Xartı əsas heyətdə meydana buraxmamaqda da haqlı idim. Xart əsas qapıçılarımızdan biridir və onu "Styaua" ilə oyunda meydana buraxdım. O qapıda özünə xas olan yaxşı oyun nümayiş etdirdi",-deyib.

Qeyd edək ki, Co Xartı ehtiyatda saxlayır. Onun yerinə əsas heyətdə Villi Kabalero qapını qoruyur. Üstəlik "Barselona"dan transfer edilən qapıçı Bravonun bundan sonra "Mançester Siti"nin əsas qapıçılarından biri olacağı ehtimal edilir.

Hazırladı: Əziz Mustafa