cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Kris Koulmen: "Biz İngiltərə və Uels yığmalarının birləşdirilməsinin əleyhinəyik"

25.08.2016 13:06 Oxundu 1279

Futbol üzrə Uels yığma komandasının baş məşqçisi Kris Koulmen son vaxtlar İngiltərə yığması ılə vahid komandada birləşməyə hazırlaşdıqları barədə yerli mətbuatda yayılan məlumatlara münasibət bildirib. Koulmen bununla əlaqədar "The Guardian" ("Qardian") nəşrinə verdiyi müsahibəsində İngiltərə yığması ilə birgə komandada çıxış etmələrinin qeyri-mümkün olduğunu vurğulayıb. Koulmen: "Mən başa düşmürəm 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarında Uels yığması və İngiltərə yığmalarının vahid komandada çıxış etməsi ideyası kimin ağlına gəlib. Biz qəti şəkildə bunun əleyhinəyik. Uels yığması uzun illərdir müstəqil komanda kimi beynəlxalq yarışlarda çıxış edib. Əgər biz indi İngiltərə yığması ılə vahid komandada növbəti Olimpiya oyunlarında çıxış etsək onda gələcəkdə müstəqil komanda statusunu itirə billik. Bu isə bizə lazım deyil", -deyib.

Hazırladı: Əziz Mustafa