cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Start heyətlər açıqlandı

25.08.2016 19:13 Oxundu 1161

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq.Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” doğma azarkeşlər önündə qələbə sevinci yaşamaq istəyir. Rəqib ölkəmizə öz meydanında əldə etdiyi 1:0 hesablı qələbənin verdiyi üstünlüklə gəlib. Buna görə də isveçlilərin müdafiə olunacağını gözləmək olar. Son illərdə Avropa futbol səhnəsində elə bir ciddi uğurla öyünə bilməyən “Höteborq” böyük ehtimalla əks-hücumlara bel bağlayacaq. Çempionumuzun isə işi daha çətin olacaq. Püşkatmadan sonra cütün favoriti kimi təqdim olunsa da, ilk oyunda əldə edilən nəticə heç də ürəkaçan deyil. Hər nə qədər doğma divarlar arasında oynasalar da, rəqibin sıx müdafiəsini yarmaq, eləcə də bunu edərkən öz qapısının toxunulmazlığını saxlamaq “köhlən atlar” üçün o qədər də asan olmayacaq.

Təmsilçimizi yalnız iki top fərqi ilə qələbə əsas mərhələyə yüksəldəcək.“Qarabağ” qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.

Avropa Liqası

Pley-off, cavab oyunu

25 avqust

20:30. “Qarabağ” – “Höteborq” (İsveç)

Baş hakim: Vladislav Bezborodov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)

Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)

Bakı. T. Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Quintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov

Baş məşqçi: Qurban Qurbanov

“Höteborq”: 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir

Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström

Baş məşqçi: Yörgen Lenartsson