şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo ötən mövsümün ən yaxşısı seçilib

25.08.2016 21:22 Oxundu 1267

Avropada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşısı seçilib.O, UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsverməyə əsasən, hamını qabaqlayıb. Səsvermədə ikinci Qaret Beyl (Uels, "Real"), üçüncü isə Antuan Qrizman (Fransa, "Ateltiko") olub. Qeyd edək ki, son olaraq bu mükafatı Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi qazanmışdı.