cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ”, “Qəbələ” rəqiblərini gözləyir

26.08.2016 08:14 Oxundu 1196

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları başa çatdıqdan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Birbaşa qrupda mübarizə aparacaq 16 və Çempionlar Liqasının pley-off mərhələsində uduzan 10 komandaya daha 22 klub qoşulub. Həlledici mərhələdə çıxış edəcək 48 komanda bu gün keçiriləcək püşkatma mərasimi ilə qrup mərhələsindəki rəqiblərini tanıyacaq. Monakoda baş tutacaq tədbirdə komandalar hərəsində 4 iştirakçı olmaqla 12 qrupa bölünəcəklər. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə yüksələn hər iki Azərbaycan klubunun da rəqibləri bu püşkatmada müəyyənləşəcək.

İsveçin “Höteborq” klubunu keçən “Qarabağ” (0:1, 3:0) ardıcıl üçüncü, Sloveniya “Maribor”unu yolundan kənarlaşdıran (3:1, 0:1) “Qəbələ” isə ikinci dəfə qitənin nüfuzuna görə ikinci ən böyük turnirinin əsas raundunda mübarizə aparacaq.

Qrup mərhələsinin iştirakçıları tam müəyyənləşdikdən sonra komandalar reytinqlərinə əsasən 4 səbətə bölünüblər. Hər iki təmsilçimiz sonuncu səbətdə yer alıb. Bu isə o deməkdi ki, klublarımız ilk 3 səbətdə yer alan komandalarla qarşılaşacaqlar.Mümkün rəqiblərin arasında “İnter”, “Mançester Yunayted” kimi nəhəng, həmçinin “Roma”, “Şalke” kimi iddialı klublar da var.

Səbətlər aşağıdakı kimi formalaşıb.

1-ci səbət: “Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Atletik Bilbao” (İspaniya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Ayaks” (Hollandiya), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Viktoriya” (Çexiya)

2-ci səbət: “AZ Alkmaar” (Hollandiya), “Braqa” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Roma” (İtaliya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Genk” (Belçika), APOEL (Cənubi Kipr), “Standart Liec” (Belçika), “Sent-Etyen” (Fransa)

3-cü səbət: “Gent” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Liberets, Çexiya), “Selta” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Feyenoord” (Hollandiya), “Austria” (Vyana, Avstriya), “Maynts” (Almaniya), “Sürix” (İsveçrə), “Sauthempton” (İngiltərə)

4-cü səbət: “Panatinaikos” (Yunanıstan), “Sassuolo” (İtaliya), “Qarabağ” (Azərbaycan), “Astana” (Qazaxıstan), “Nitsa” (Fransa), “Zarya” (Ukrayna), “Astra” (Rumıniya), “Konyaspor” (Türkiyə), “Osmanlıspor” (Türkiyə), “Qəbələ” (Azərbaycan), “Hapoel” (Beer-Şeva, İsrail), “Dandalk” (İrlandiya)