şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Rövnəq Abdullayev təbrik edib

26.08.2016 12:43 Oxundu 1065

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib:

“Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. UEFA Avropa Liqasının play-off oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindir. Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu turnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi. Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.